Parkinq üçün sökülən piyada səkisi bərpa olundu - FOTO

Nizami rayonu Babək pr. 109 ünvanında 2 mərtəbəli qeyri-yaşayış obyektinin qarşısındakı piyada səkisinin layihədən kənar tikinti işləri nəticəsində dağıdılmış hissəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında bərpa olunub.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda səkinin bardür hissəsində işlər yekunlaşdırılıb, asvalt döşəmə vurulacaq.
Qeyd edək ki, ötən gün Nizami Rayon İcra Hakimiyyətindən sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq icazəverici sənədləri əsasında inşa edildiyini bildirilmişdi:
“Tikilinin aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq binanın qarşısında piyadaların hərəkəti üçün səkinin və avtomobillər üçün parklanma yerinin quraşdırılması işləri aparılır”.


Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












