Parlament “Polis haqqında” qanuna dəyişiklikləri son oxunuşda təsdiqlədi

Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaqlar.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Polis haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb.
Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası da müəyyənləşir. Layihəyə əsasən, daxili işlər orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsilli müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.
Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb ediləcəklər.
Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçiriləcək.
Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












