"Paşinyan Azərbaycanı dəstəklədiyim üçün məndən inciyir” - Lukaşenko

"Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyunlara başlayıb. Onu (red. - Nikol Paşinyanı) orada sakitləşdirin, Ermənistanı məhv edəcək”.
Avtosfer.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.
“O, həm də Rusiyanı özünə qarşı qoyur. Balaca ərazisi ilə mühasirəyə alınıb. İndi Avropa Birliyi orada ona nəsə kömək etməyə başlayacaq. Bu səbəbdən onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz”,
Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb:
“Azərbaycanı dəstəklədiyim üçün məndən inciyirlər. Mən həmişə sağlam düşüncənin, müharibə olmamasının tərəfdarı olmuşam ki, bir-birimizlə vuruşmayaq. Faktiki olaraq Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışırdım. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq və investisiyalar təklif etdi. Əliyevin Ermənistanla döyüşmək məqsədi belə yox idi”.
“Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahı var. Üstəlik, Ermənistanın Baş naziri Nikol Paşinyan özü də bəyanatlarında Azərbaycanın ərazi iddialarını etiraf edib”, - Belarus lideri vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












