Paşinyan oğlunu Qarabağdan qaçırdı - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşotun Qarabağda vuruşması ilə bağlı az qala hər gün danışır, bunu xüsusilə vurğulayır.
Aşot Paşinyan da son günlərdə Ermənistanın müxtəlif telekanallarının "gənc ulduz"una çevrilmişdi.
O, gah əlində avtomat səngərdə o yan bu yana qaçır, gah mazğalın qarşısında durub binoklla "azərbaycanlıların mövqelərinə baxır", gah da "Ermənistan ordusunun şücaət"indən, "erməni könüllülərin qəhrəmanlığı"ndan bəhs edirdi.
Ermənistan vətəndaşlarının çoxu bu görüntülərin propaqanda olduğunu düşünsələr də, İrəvanın təbliğat maşını "kiçik Paşinyan"ı qəhrəman obrazının daxilinə yerləşdirməyə can atırdı.
Lakin indi o mexanizm işləklik əmsalını aşağı salıb.

Səbəb sadədir: Qarabağda döyüşlərin Ermənistan üçün çox təhlükəli, hətta fəlakətli vəziyyət almasından dolayı, Aşot Nikoloviç Paşinyan dünən günorta saatlarında Dağlıq Qarabağdan çıxarılıb.
O, hazırda Meğri şəhərindəki otellərdən birindədir. Otel ciddi mühafizə olunur.
N.Paşinyanın göstərişinə əsasən, oğlu yalnız "xüsusi çəkilişlər" üçün Qarabağa aparılacaq, çəkiliş başa çatan kimi geri qaytarılacaq. (Milli.az)
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












