Paşinyanın partiya yoldaşlarıyla tərəfdarları arasında dava düşüb - VİDEO

Xəbərlər 14 İyun 2021 23:59
Paşinyanın partiya yoldaşlarıyla tərəfdarları arasında dava düşüb   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” partiyasının qərargah əməkdaşları ilə onun tərəfdarları arasında dava düşüb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

İnsident Paşinyan tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı baş verib.

Əlbəyaxa dava sadə mübahisə ilə başlayıb, daha sonra tərəflər yumruq döyüşünə çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə edərək “döyüş iştirakçılarını” ayırıblar.

 

 

Oxunub : 914
ŞƏRH YAZ
Ad

E-mail

Şərh