Paşinyanın xanımı profil FOTOSUNA görə tənqid olundu

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tənqidlərə məruz qalıb.
Avtosfer.az xəbər verir ki, buna onun rəsmi feysbuk hesabında profilinə yerləşdirdiyi yeni foto səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin süqut etdiyi, İrəvanda yüzərlə etirazçının döyüldüyü, həbs olunduğu bir məqamda Akopyanın gülümsəməsi onun sosial şəbəkələrin Ermənistan seqmentində linç edilməsi ilə nəticələnib.
Sadəcə, etik qaydalara sığan bir neçə reaksiyanı təqdim edirik:
“Şərhlər bizim üçün qapalıdır, amma mən başa düşmək istəyirəm, bu qədər gülməli və razı simaya sahib olmağın səbəbi hansı hadisədir?”
“Məhv olmaq ərəfəsində olan ölkənin “birinci xanımı”na başqa nə deyə bilərsiniz?”
“Bu rəzilliyin həddi-hüdudu yoxdur... Təbii ki gülümsəyəcəksiniz”.
“Bu qadının kimə və nəyə güldüyünü kim izah edə bilər, onun xoşbəxtliyinin səbəbi nədir? İnsan nə qədər həyasız olmalıdır ki, bu taleyüklü məqamda belə bir şeyə yol verir”.
“İnsan və heyvan yaddaşa görə ayrılır. Yaddaşın varsa, deməli, yanırsan, insansan, narahatsan, yaddaşın yoxdursa, deməli, açıq sahədə otlayan inəksən”.
“Bir ana, erməni, Ermənistan rəhbərinin arvadı necə bu cür davrana bilər? Bu, həqiqətən də cismani şeytandır”.
“Bir az təmkinli olmaq olardı, heç olmasa bu dəqiqə belə xoşbəxt gülümsəmək üçün heç bir səbəb yoxdur”.
“Bu bizim reallığımızdır... Necə də xoşbəxtik, çəhrayı dodaq boyası əhval-ruhiyyəsindəyik. Sadəcə iyrəncdir”. (qafqazinfo)

Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO











