Paytaxta qayıtmaq istəyənlər niyə çətinliklə üzləşir? - VİDEO

Operativ Qərargahın karantin rejiminin yumşaldılması bağlı qərarından sonra bölgələrdən paytaxta tədricən insan axını başlayır. Bakıda işləyən rayon sakinləri işlərinin başına dönmək üçün nəqliyyat problemi yaşayırlar. Avtobuslar işləmir. Ümid qalır ya yolüstü təsadüfü avtomobillərə ya da taksilərə.
Ölkədə karantin rejimi yumşaldılmasından sonra paytaxtdakı işlərinin başına qayıtmaq istəyən bölgə sakinləri çətinliklə üzləşirlər. Çünki ictimai nəqliyyat vasitələri işləmir.
Yevlaxda sakinlər bildirir ki, yolda avtomobillərin hərəkəti məhdudlaşdırıldığından paytaxta gedə bilmirlər. Saatlara yolda gözləyib öz işlərinə dönməyə cəhd etsələr də buna nail olmaq mümkün deyil.
Paytaxta sərnişin daşıyan taksi sürücüləridə onlara müraciyyət edən müştəriləri mənzil başına çatdırmağa söz verə bilmirlər. Çünki həmin sürüclərin də paytaxta giriş-çıxışı mümkün deyil.
Həm paytaxta gedən sakinlər, həm də sürücülər gözləmə mövqeyindədilər.
Qərb bölgəsindən də Bakıda işləyənlərişlərinə qayıtmaq üçün rayon avtovağzallarına üz tuturlar.
Tovuzdan üzü Bakı istiqamətində avtobusların olmaması sərnişinlərin paytaxt istiqamətinə gəlməsini çətinləşdirir. Bakıya getmək ümid ya yolüstü maşınlara ya da taksilərə qalır...
İki nəfərdən artıq sərnişin götürə bilməyən sürücülər də qiymət artımını yol xərcləri ilə əlaqələndirirlər.
Tovuz avtovağzalının dispetçeri Valeh Aslanov isə Xəzər Xəbərə açıqlamasında bildirib ki, avtovağzal karantin dövründə işləmir və burada heç bir nəqliyyat vasitəsi mövcud deyil ki, sərnişinləri Bakı və digər rayonlar istiqamətinə getməsinə hər hansı bir şərait yaradılsın.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












