“Pencan" tibb vasitəsinin ölkəyə idxalı və satışı qadağan edildi

“Pencan" tibb vasitəsinin ölkəyə idxalı və satışı qadağan edilib.
Mərkəzdən verilən xəbərə görə, “M&C Firması”nın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distributorlardan) geri çağırması bildirilib.
Bu müraciət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib.
Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












