Pensiya və təqaüdlər bu qədər artdı

Ötən il pensiya və təqaüdlərin artımları açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.
2024-cü ildə orta pensiya məbləği 12,0 faiz artırılaraq 494 manata, yaşa görə pensiya 11,3 faiz artırılaraq 528 manata çatdırılmış, yaşayış minimumu 2023-cü illə müqayisədə 9,8 faiz artırılaraq ölkə üzrə 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üzrə 287 manat, pensiyaçılar üzrə 222 manat, uşaqlar üzrə 235 manat məbləğində müəyyən edilib.
2024-cü il yanvarın 1-dən ehtiyac meyarının həddi 9,8 faiz artırılaraq 246 manatdan 270 manata çatdırılmışdır. Bununla əlaqədar olaraq ünvanlı dövlət sosial yardımı üçün ayrılan vəsait də əvvəlki illə müqayisədə 179,5 milyon manat artırılaraq 457,3 milyon manata çatdırılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












