Pensiyaya çıxanlara VACİB XƏBƏR

Yaşa görə pensiya təyinatı ilə bağlı SMS bildiriş getməməsinin səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib ki, yaşa görə pensiya təyinatı proaktiv qaydada olur. Yəni pensiya yaşı tamam olanda ona pensiya təyinatının miqdarı ilə əlaqədar SMS göndərilir.
Əgər bununla bağlı SMS getməyibsə, ola bilsin ki, həmin vətəndaşın pensiya hüququ yoxdur: “Ya da ola bilər ki, vətəndaş öz FİN-nə bağlı nömrə istifadə etmir, yəni nömrə öz adına deyil. Belə halda SMS bildiriş getməyə bilər. Bu səbəbdən daha ətraflı məlumat almaq üçün 142 Çağrı mərkəzinə zəng vurmaq, DSMF-nin regional ərazi filiallarına və ya DOST mərkəzlərinə müraciət etmək olar. Yaşa görə pensiya təyinatının 3 şərti var: yaşa görə, 25 il sığorta stajının mövcud olması , fərdi hesabının sığorta hissəsində tələb olunan minimum pensiya məbləğinin təyin edilməsinə imkan verən pensiya kapitalının olması”.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












