Piyada səkisində ət kəsilir, heyvanların qanı avtomobil yoluna axıdılır - VİDEO

Bakının Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində antisanitar vəziyyətdə ət-kəsim məntəqəsi fəaliyyət göstərir.
“Report” xəbər verir ki, sözügedən ərazidə fərdi şəkildə, hətta piyada səkisində ət kəsimi ilə məşğul olurlar. Normalara cavab verməyən ət kəsim məntəqəsində kəsilən heyvanların qanı piyada səkisinə və avtomobil yoluna axıdılır.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) münasibətini öyrənməyə çalışdıq. Agentliyin şöbə müdiri Əkbər Əliyev bildirib ki, hazırda həmin ərazidə müvafiq inzibati tədbir görülüb. Aidiyyəti qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinə məlumat verilib. Bununla bağlı araşdırmalar davam etdirilir.
AQTA rəsmisi deyib ki, Azərbaycanın müxtəf şəhər və rayonlarında 88-ə yaxın ət kəsim məntəqəsi fəaliyyət göstərir: "Hazırda müasir heyvan kəsimi məntəqələrinin yaradılması davam etdirilir. Vətəndaşlara da yalnız həmin məntəqələrdə kəsilmiş ətləri istehlak etməyi tövsiyə edirik".
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












