Polis 100 min manatlıq dələduzluq edən şəxsi saxladı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












