Polis Balakəndə reyd keçirib - FOTO

Balakəndə Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə rayon ərazisində nəzarət-profilaktik və maarifləndirmə tədbirlərini davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisində yerləşən böyük mağazalarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda keçirilən reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, sosial məsafə gözləməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Sahibkarlara sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
Həmçinin tədbir zamanı şəffaf arakəsmələr quraşdırılmayan ictimai nəqliyyat vasitələri, eləcə də maskadan istifadə etməyən sənişin və sürücülər aşkar olunub. Edilən xəbərdarlıqlara məhəl qoymayan və qaydaları pozmaqda davam edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
















