Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var - FOTO

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Anar Salmanov tutulub.
Onun yaşadığı evə baxış keçirilən zaman İran sakinindən onlayn yolla əldə etdiyi 2 kiloqram 159 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilən digər əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Salmanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən saman 41 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək













