Polis əməkdaşı 103 baş quzunu aldı, pulunu ödəmədi

Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyini iddia edirlər. Daşkəsən İcra Hakimiyyətindən verilən məlumata görə, bir müddət əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Rzayev Şahin, atası Rzayev Akif, qardaşları Seymur və Ceyhunla birgə polis avtomobili ilə gələrək onlardan quzu almaq istədiklərini bildiriblər. Sözügedən şəxslər pulunu daha sonra ödəyəcəklərini vəd edib təsərrüfatla məşğul olan məcburi köçkün ailələrindən hər biri 145 manatdan olmaqla 103 ədəd quzu alıblar. Məcburi köçkün ailələri isə, həmin şəxslərin pulu vəd etdikləri vaxtdan – 2 iyuldan 28 gün keçməsinə baxmayaraq hələ də, ödəmədiklərini bildirirlər. (Modern.az)
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












