Polis əməkdaşları arasında respublikada çempionatı KEÇİRİLDİ - FOTO - VİDEO

Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib. Tədbirdə Nazirliyin baş idarələri, eləcə də paytaxt Bakı şəhəri də daxil olmaqla, respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər.
Yarışda Nazirliyin zonalar üzrə qeyd edilən idman növü üzrə qalıb gəlmiş 86 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Komanda idman növündə Əlahiddə Çevik Polis Alayının əməkdaşları 1-ci, Daxili Qoşunların Baş İdarəsinin komandası 2-ci, Bakı Şəhər Baş Polis İdarəsinin kollektivi isə 3-cü yeri tutub.
Çempionatda qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident



















