Polis ölü at və eşşək əti satan şəxsi saxlayıb - VİDEO

Polis əməkdaşları insan sağlamlığı üçün təhlükəli olan ölü at və eşşək ətinin kütləvi tədarükünü təşkil edən şəxsi saxlayıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib.
Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












