Polis Qəbələdə 6 kiloqram marixuana götürdü - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşımaqda şübhəli bilinən Ağdaş rayon sakini Əfqan Həsənov saxlanılıb. Onun üzərində daşıdığı çantaya və bağlamalara baxış keçirilərkən ümumi çəkisi 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Ə.Həsənov saxlanılarkən narkotik vasitələri kolluq əraziyə atıb qaçmağa cəhd göstərsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində o, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ə.Həsənovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












