Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd “Naqan” markalı tapança aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan iki kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO















