Polis saxta pulla özünə maşın aldı

Rusiyanın Belqorod vilayətində bir polis saxta pulla avtomobil alıb.
Avtosfer.az-ın məlumatına görə, qeyd olunur ki, 2023-cü ilin iyununda İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Departamentinin əməkdaşı Andrey Dvorniçenko 600 min rubla (təxminən 10 min 800 manat) “Toyota Avensis” almaq istəyib. Polis sahibi ilə razılaşıb ki, avtomobil həbsdə olduğu üçün onun pulunu hissə-hissə ödəyəcək.
Mart ayında Dvorniçenko 100 min rublun (təxminən 1800 manat) son hissəsini verib və aldığı avtomobili sürüb gedib. Lakin məlum olub ki, 20 beşminlik əskinas saxtadır. Avtomobil satıcısı polisə müraciət edib. Martın 27-də polis əməkdaşı polisin şərəf və ləyaqətini ləkələyən qanun pozuntusuna görə Daxili İşlər Nazirliyindən qovulub.
Onun barəsində cinayət işi açılacaq.
lent.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












