Polisə müraciətdən 14 dəqiqə sonra maşın tapıldı - FOTO

Bu gün səhər saat 08:42 radələrində şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq şöbəyə gətirilib.
Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhəri Xətai rayon sakini 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib.Faktla bağlı Şirvan ŞPŞ-də ilkin araşdırma aparılır.
Toğrul Nəsirli
polis leytenantı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












