Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
Xəbərlər
16 Oktyabr 2020 16:41

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşü davam edir. APA-nın məlumatına görə, bunu polkovnik Elşad Əbilov işğaldan azad olunmuş ərazilərdə jurnalistlərə açıqlamasında deyib. Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülkü şəxslər arasında ölən və yaralananlar olub:
“Azərbaycan ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad olunub. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan ordusunda yüksək nizam-intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.
E. Əbilov qeyd edib ki, humanitar atəşkəs olmasına baxmayaraq, Ermənistan ordusu yaşayış məntəqələrini və mülkü əhalini atəşə tutmağa davam edir.
Oxunub : 1930
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












