Polkovnik: "Ermənistanın neft qaz kəmərlərini vurmaq təhdidi onun nə qədər aciz vəziyyətdə olduğunu göstərir"

Son günlərdə Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki obyektlərini atəşə tutması, eyni zamanda neft qaz kəmərlərini vurmaqla təhdid etmələri onların nə qədər aciz vəziyyətdə olduqlarını göstərir.
Bunu Trend-ə ehtiyyatda olan polkovnik, Aprel döyüşlərinin iştirakçısı Ruslan İmamquliyev deyib.
R.İmamquliyev bildirib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu gün ordumuz işğal altında olan topaqlarını azad edir: “Ermənistan ordumuzun gücü qarşısında aciz və köməksiz durumda qalıb, həm şəxsi heyət, həm də texnika baxımından ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur olur. Belə bir çətin vəziyyətə düşən Ermənistan tərəfi mülki obyektləri, neft və qaz infrastrukturunu vurmaqla bağlı yeni hədələr etməklə məsələni lokal səviyyədən regional səviyyəyə çevirmək istəyir.
Ermənistan bu yolla üçüncü tərəfi münaqişəyə cəlb etmək niyyətindədir. Bu gün Ermənistanda hakimiyyət və xalq arasında ciddi narazılıq var. Çünki baş nazir Nikol Paşinyan xalqa verdiyi sözü tuta bilmir, Ermənistanda bütün sahələrdə vəziyyət acınacaqlıdır. Eyni zamanda, Ermənistan ordusu pis vəziyyətdədir. Ona görə də Ermənistan təhdidlər etməklə özünə yeni havadarlar axtarır.
Ancaq Ermənistan tərəfinin bu cür hədələri mənasızdır, bu, artıq Ermənistanın vəziyyətdən çıxmaq üçün son çırpıntılarıdır. Əgər Ermənistan hər hansı bir yeni təxribata əl atarsa, Azərbaycan tərəfindən layiqli cavabını alacaq və bu ölkə daha da acınacaqlı duruma düşəcək. Hazırda Azərbaycan ordusu döyüşlərdə ciddi nailiyyətlər əldə edib və böyük zəfərin çox yaxında olduğuna inanıram”.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











