Polkovnik qız istəyən gənci döyüb - Kapitanla birgə - FOTO

Cəlilabad rayonunda 21 yaşlı gəncin yüksək vəzifəli şəxslər tərəfindən döyüldüyü ilə bağlı xəbər yayılıb. Bu barədə məlumatı və fotoları döyülən şəxsin yaxınları sosial şəbəkədə paylaşıb. Xəbərə görə, zərərçəkən Yusif Quliyev rayonun polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqalada Hallarin Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytenant Şahin Cəfərov tərəfindən fiziki işgəncəyə məruz qalıb.
Gəncin döyülməsinə səbəb isə polis kapitanının qardaşı qızını sevməsi olub. Belə ki, gənc bir neçə gün öncə sevdiyi qıza elçi göndərib. Polis kapitani və FHN rəisi də bu səbəbdən gənci döyüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
“Qafqazinfo” məsələ ilə bağlı FHN və DİN-ə müraciət etsə də, bu qurumların mətbuat xidmətlərindən heç bir açıqlama almaq mümkün olmayıb. Baş Prokurorluğun mətbuat xidməti isə telefon zənglərinə cavab verməyib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev isə Unikal.org-a bildirib ki, həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub: “Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












