Polşa Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə etdi

Polşa gömrük orqanları İspaniyadan Azərbaycana göndərilən və Belarusla Rusiya üzərindən tranzitlə daşınan "Boeing" təyyarələri üçün nəzərdə tutulmuş beş ton çəkidə şinləri müsadirə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Polşanın Milli Vergi Administrasiyası məlumat yayıb.
Bildirilir ki, sözügedən yüklər Avropa İttifaqının sanksiyalarına düşdüyü üçün saxlanılıb.
"Polşanın Koroşin şəhərində yük maşını yoxlanılarkən əməkdaşlar bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə, mülki "Boeing" təyyarələrində istifadə olunan xüsusi şinlərin daşındığını müəyyən ediblər", - deyə məlumatda əlavə edilib.
Yükün göndəricisi İspaniyada yerləşən bir şirkət, alıcısı isə Azərbaycandakı şirkət olub. Aşkarlanmış faktla bağlı gömrük saxtakarlığı maddəsi ilə cinayət işi açılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












