Porsche yeni konfiquratoru işə salıb, lakin avtomobil sahibləri üçün deyil...

Bildiyimiz kimi, Porsche şirkətinin Porsche Design adlanan törəmə müəssisəsi mövcuddur. Bu günlərdə Porsche Design şirkəti öz müştərilərinə qol saatlarını “böyük qardaşının” sportkarlarının üslubuna uyğun olaraq fərdiləşdirməyi təklif edir.
Saatın bezeli və gövdəsini Porsche avtomobillərinin istənilən kuzov rənginə boyamaq olar. Bunun üçün ən azı 250 dollar xərcləmək gərəkdir. Dəri qayış üçün isə növbəti rənglər təklif olunur: qrafit, açıq qəhvəyi, tünd qəhvəyi, qırmızı, göy və yaşıl.
Fərdi xronometrin yaradılması minimum 5.150 dollara başa gələcəkdir. Gövdə və toqqanı titandan sifariş etmək olar. 300 dollar qarşılığında bu detalları qara titandan hazırlatmaq da mümkündür. Daha bir fərdiləşdirmə proqramı xüsusi olaraq dəbli 911 GT3 saatları üçün nəzərdə tutulmuşdur, lakin ondan yalnız eyni adlı sportlarların sahibləri istifadə edə bilərlər.
Porsche şirkəti İsveçrədə özünün saat fabriki olan nadir avtomobil istehsalçılarından biridir. Şirkət geniş fərdiləşdirmə imkanları sayəsində iki tam bənzər saatın olmayacağına zəmanət verir.
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır













