Portuqaliya HDQ yeni insansız gəmisini təqdim edib

Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) çoxfunksiyalı dəniz platforması adlanan yeni insansız gəmi layihəsini təqdim edib. Avtosfer.az xəbər verir ki, bu barədə HDQ-nin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir ki, Portuqaliya Hərbi Dəniz Qüvvələri bu ay çoxfunksiyalı dəniz platformasının dizaynı və tikintisi üçün əvvəlcədən müəyyən edilmiş tenderə başlayıb.
Məlumatda qeyd olunur ki, çoxməqsədli dəniz platforması okeanın çirklənməsinin və dəniz qəzalarının qarşısının alınması, müşahidə, qeyri-qanuni/qanunsuz fəaliyyətlərin qarşısının alınması, iqlim dəyişikliyinin və atmosferin monitorinqi vasitəsilə dəniz ehtiyatlarının və eləcə də humanitar məsələlərin mühafizəsinə töhfə verəcək.
Yeni əməliyyat konsepsiyası əsasında dizayn edilən gəmi yeni texnologiya, yüksək performanslı rəqəmsal sistemlər, “Big Data”, Süni Zəka ilə təchiz edilib.
Portuqaliya Hərbi Dəniz Qüvvələri tərəfindən yayımlanan “Drone Mothership”in dizayn görüntülərində göyərtədə 2 sabit qanadlı PUA (MQ-1C “Grey Eagle” və ya yeni MQ-9B), 6 dörd pilotsuz helicopter və 1 NH90 helikopteri görünür. Dizaynda təyyarələr üçün anqar yoxdur.
Ordu.az
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












