"Prava"sız avtobus sürən şəxs HƏBS OLUNDU - VİDEO

Sürücülük vəsiqəsi olmadığı halda avtobus idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs DİN-in Baş DYP İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən ifşa edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, “Ford” markalı, 02-BF-563 dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşımaqla idarə edən Vaqif Alışov bölüyün əməkdaşları tərəfindən saxlanılıb sənədləri yoxlanılarkən onun ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Vaqif Alışov əməlindən peşman olduğunu bildirsə də, araşdırma zamanı onun analoji qanun pozuntusuna yol verdiyi üçün əvvəllər də inzibati məsuliyyətə cəlb edildiyi məlum olub.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vaqif Alışov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs edilib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










