Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb - SİYAHI

Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Prezident düşmənin 252 tankı məhv edildiyini bildiirb: "53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki, tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.
53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.
Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.
Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib.
231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI










