Prezidentin köməkçisi: "Ermənistan öz əsgərlərinin meyitlərinə sahib çıxmır"

"Ermənistanın Müdafiə Nazirliyi və müdafiə naziri şəxsən Azərbaycan tərəfinə ağır zərbələr endirməsi ilə bağlı açıqlama verib. Onlar döyüş bölgəsində ağır zərbələr endirməkdə acizdirlər".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsgərlərinin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, onlar bu günə qədər buna cavab verməyib, meyitlərə sahib çıxmayıb. Azərbaycan Qazax-Tovuz istiqamətində cəsədlərin Beynəlxalq Qırmızı Xaç Komitəsi və Gürcüstan vasitəsi ilə bu cəsədlərin bir qismini və iki nəfər erməni mülki şəxsin - onların biri qadın, digəri isə kişidir, yaşları 80-dən yuxarıdır - təhvil verilməsini istəyib. Ermənistan hələ də buna sahib çıxmır", - o, əlavə edib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












