Prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı

İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Biləsuvar rayon sakini Məhəmməd Fərəcli qeyd edilən tarixdə “Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq səhəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirib, nəticədə Sadiq Abıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












