Prokurorluqdan Mehman Xəlilovla bağlı xəbərdarlıq

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılmış məlumatlarla bağlı media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Baş Prokurorluğun Avtosfer.az-a verdiyi məlumata görə, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə istintaq və məhkəmə baxışının, o cümlədən cinayət prosesi tərəflərinin (təqsirləndirilən və zərərçəkmiş şəxs) şəxsi və ya ailə sirlərini açıqlayan məlumatlar yayılıb.
Belə ki, Mehman Xəlilov qeyd olunan cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hazırda işə müdafiə tərəfinin hökmdən verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edilib ki, məlumatın yayılmaması barədə xəbərdarlıq edilmiş şahid, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh, onların nümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, hal şahidləri, müdafiəçilər və digər şəxslər müvafiq razılıq olmadan bu tələbi pozduqda məsuliyyət daşıyır.
"Bununla yanaşı, media subyektləri və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma ilə bağlı, eləcə də, ailə və şəxsi həyata dair sirr olan məlumatların, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə informasiyaların yayılmasına yol verilməməlidir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Bu ilin mart ayında isə məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












