Prospektdə sürücüləri çaşdıran xətlənmə: "Bu xətti kəsmək olar, yoxsa olmaz?" - VİDEO

Paytaxtın Xətai rayonunun əsas prospektlərindən sayılan Gəncə prospektində aparılan xətlənmə sürücülərin çaşqınlığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, çaşqınlığa səbəb prospekt boyu sağ zolağı digər zolaqlardan 1.1 xəttinin ayırmasıdır.
"Adam sağ zolağa keçməyə qorxur. Əvvəl avtobus zolağı etmişdilər. Sonra gətirib ağ boyanın üstündən qara boya çəkdilər. Həmin boya silindi, yenə ağ boya kəsilməz xətt kimi qalıb yerində. Bilmək olmur ki, biz sağ zolağa keçə bilərik, ya yox", - deyə sürücülərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, həmin yolda sağ zolağa keçmək üçün hər hansı problem yoxdur.
"COP29 nəqliyyat təminatı çərçivəsində bəzi küçə və prospektlərdə təşkil olunan xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra qüvvəsini itirib. Həmin yollarda 5.9 "marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları sökülüb və xətlər silinib.
Xətlənmənin vəziyyətindən asılı olmayaraq, 5.9 yol nişanı yoxdursa, sürücülər bu yollardan sərbəst istifadə edə bilərlər.
Mütəmadi olaraq paytaxt yollarında monitorinqlər aparılır. Aşkar edilən uyğunsuzluqlar aradan qaldırılır. Sürücülər hərəkətdə olarkən yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar", - deyə T.Orucov vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












