Protokol çaşqınlıq yaratdı - Ünvanla ərazinin şəkli uyğun gəlmir - VİDEO

Cərimə protokolundakı şəkil Lənkəranın kəndinə məxsusdur, ünvan olaraq isə tam başqa ərazi göstərilib. Lənkəranın Şirinsu kənd sakini Pərviz Miriyev bir müddət əvvəl özünə məxsus minik avtomobilini adına qeydiyyata saldırmaq istəyib. Lakin ona bildirilib ki, maşının 5 dənə cəriməsi var. Pərviz Miriyevin sözlərinə görə, cərimələrin bir neçəsi sistemə yerləşdirilməyib. O da həmin cərimələri sistemə yerləşdirilməsinə nail olub və ödəyib. Lakin 150 manat miqdarında olan bir cərimə ilə razılaşmır.
Pərviz Miriyev deyir ki, may ayının 5-də tərtib edilən protokolda ciddi səhvlər var. Çünki qayda pozuntusunu göstərən sənəddə şəkil Şirinsu kəndinə, qeyd olunan ünvan isə tam başqa əraziyə məxsusdur.
Pərviz Miriyev bildirir ki, protokolun texniki səhv ucbatından tərtib edildiyini polis əməkdaşları da təsdiqləyib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictiamiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, cərimə həmin vaxt etibarnaməyə sahib olan Elşən İbrahimlinin adına yazılıb. Elşən İbrahimli qeyd olunan vaxtda avtomobili idarə etmədiyinə dair vəsatət qaldırmalı, Pərviz Miriyev də bunu təsdiqləməlidir. Bundan sonra isə Pərviz Miriyev Baş Dövlət Yol Polisi İdarəsinə yazılı üsulla, yaxud da qurumun rəsmi internet saytı vasitəsilə müraciət edərək məsələnin araşdırlmasına nail ola bilər. Elşən İbrahimli özü də birbaşa araşdırma üçün müraciət edə bilər. Lakin qayda pozuntusu təsdiqini taparsa, cərimə və cərimə balı onun adına yazılacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












