Qadağan olunan yerlərdə tütündən istifadə edənlər cərimələndi

Biləsuvarda 241 nəfər qadağan olunan yerlərdə tütündən istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib.
Rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib.
Cari il ərzində bu istiqamətdə Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 241 nəfər barəsində protokol tərtib olunub.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












