Qadın başdansovdu təmir edilən eyvandan yıxıldı: BAŞ MÜHƏNDİS...

Rusiyanın Kirov şəhərində inşaat şirkətinin məsuliyyətsizliyi bir qadının eyvandan yıxılaraq ölümünə səbəb olub.
Avtosfer.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Oktyabrski prospektində yerləşən sözügedən bina 2020-ci ilin noyabr ayında yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib.
Lakin tikintini aparan şirkət eyvana dəmir barmaqlıqlar quraşdırmadan binanı təhvil verib. Dördüncü mərtəbədə yaşayan bina sakini eyvana çıxarkən müvazinətini saxlaya bilməyib və yıxılıb. Qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Müstəntiqlər qadının ölümündə inşaat şirkətinin baş mühəndisinin məsuliyyət daşıdığını müəyyənləşdirib.
İstintaq zamanı mühəndis cinayətdə günahkar olduğunu qismən etiraf edib.
Təsdiqlənən ittiham aktı prokuror tərəfindən mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Şirkətin baş mühəndisi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə (bir şəxsin ölümünə səbəb olan təhlükəsizlik tələblərini pozaraq iş apardığına görə) ittiham olunur.
Lent.az
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












