Qadının boyunbağısını ələ keçirən şəxs saxlanılıb - FOTO

Mingəçevir şəhərində qadının boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, "102" Zəng Mərkəzinə və Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir qadın naməlum şəxsin onun üzərindəki qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yevlax rayonu Tanrıqulular kənd sakini Anar Yusifli saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi həmin boyunbağı isə ondan maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












