Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.
Hadisə ilə bağlı Rasim Tağıyev bildirib ki, zərərçəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib:
“Oğlum heç kimi yandırmayıb, oğlumu şantaj etmək üçün qadın özü üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Özü də bunu etiraf edib. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək".
R.Tağıyevin dediyinə görə, oğlunun 22, həmin xanımın isə 34 yaşı var:
“Oğlumu dəfələrlə şantaj edib ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb. Yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır”.
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












