Qahirədə ictimai nəqliyyat təbii qazla işləyəcək

Avqustun 17-də Qahirədə ictimai avtobusların dizel yanacağından təbii qaza keçirilməsi proqramı işə salınıb.
Proqram Misirin maliyyə nazirliyi və şəhərin İctimai Nəqliyyat İdarəsi arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Ümumilikdə 1962 avtobusun təbii qaza keçirilməsi nəzərdə tutulub.
Bu yolla əyalət rəhbərliyi Misirdəki təbii qaz ehtiyatlarını nəzərə alaraq optimal iqtisadi səmərə əldə etməyi planlaşdırır. Bu addım həm də dizel yanacağı istehlakını rasionallaşdırmaq və təbii qazdan təmiz, emissiyaları azaldan yanacaq kimi istifadə etməklə ətraf mühitə effektiv töhfə vermək və havanın çirklənməsini azaltmaq məqsədi daşıyır.
Avtobusların yenidən təchiz edilməsi büdcəyə hər il təxminən 1,3 milyon dollar qənaət etməyə imkan verəcək. Avtobusların yenidən təchiz edilməsi prosesi təxminən altı il davam edəcək.
oxu.az
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












