Qanunsuz balıq ovu edən şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirdikləri qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış ümumilikdə 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












