Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 27-28 oktyabr tarixlərində keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yuxarı Mil-Qarabağ kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakinləri Qardaş Nəzirov, Natiq Mikayılov, Rəsul Səmədov, İbrahim Əliyev, Eldəniz İbrahimov, Səmədağa Mənəfov, İlham Bağırov, Amil Bayramov, Ağcabədi şəhər sakini Batil Mirzəyev olduğu müəyyən edilib.
O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6 300 manat məbləğində cərimələnib: “Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Cəlilabad rayon sakini Məzahir Məmmədov, Oktay Tomarov, Fərman Əliquliyev, Göyçay rayon sakinləri Vüsal Dadaşov, Əflatun Bədirov, Vasif Nəsirov, Rafael Hacıyev saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimələnib”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












