“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır - FOTO

“Azərpoçt” MMC tərəfindən “Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.
“Azərpoçt” MMC-dən verilən məlumata əsasən, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.
Sözügedən zərflər sadə, sifarişli və sifarişli-xəbərnaməlidir. Sadə zərflərin markasında işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, sifarişli zərflərin markasında Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ilə aid Qutlu Musa türbəsi, sifarişli-xəbərnaməli zərflərin markasında isə Şuşa şəhərinin gerbi təsvir olunub.
Qeyd edək ki, zərflərin dizaynı “Azərmarka” MMC-nin əməkdaşı Anar Mustafayev tərəfindən hazırlanıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












