"Qarabağ" ilk hissədə üstün olduğu "Bayer04"lə matçda heç-heçə edib

"Qarabağ" UEFA Avropa Liqasında Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşıb.
1/8 final mərhələsinin ilk oyununda ağdamlıllar qələbə qazanıb.
Azərbaycan futbolu adına tarixi matçın ilk hissəsi "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci hissədə üstünlüyü qorumağa çalışan "köhlən atlar" 70-ci dəqiqədəki səhvlə qapısında qol görüb.
Qarşlıqlı hücumlar şəraitində keçən matçda almanlar təşəbbüsü ələ alıb və əsas vaxta əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib.
Bununla da Almaniya təmsilçisi 34 oyunluq məğlubiyyətsizlik seriyasının qırlmasına son anda imkan verməyib.
7 mart
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) 2:1
Qol: Y. Benzia, 26, Juninyo, 45+, F. Virtz, 70
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 99. Andrey Lunyov, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov
"Bayer": 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Ezekyel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlojek
APA
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












