Qarabağ qazisinin maşınını vuran avtobus sürücüsü onu hədələdi: "Bilirsən mənim dalımda duran kimdir?"

Vətəndaş Bakir Abdullayev 211 nömrəli marşurut avtobusunun sürücüsü Tural Süleymanovdan şikayətçidir. Bu barədə Avtosfer.az-a məlumat verən vətəndaş bildirib ki, "20 Yanvar" dairəsi istiqamətində hərəkətdə olarkən qaydaları kobud şəkildə pozan 10 TF 965 dövlət nömrə nişanlı, 211 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən avtobus onun idarə etdiyi "Mercedes" markalı maşını vurub. "Avtomobildən düşüb məsələni aydınlaşdırmaq istəyirdim. Bu zaman sürücü avtobusdan düşərək üzrxahlıq etmək əvəzinə kobud şəkildə danışmağa başladı. "Vurmuşam əcəb eləmişəm, bilirsən mənim dalımda duran kimdir? Get nə bilirsən elə" kimi ifadələr işlətdi.
Hadisə yerinə sığorta şirkətinin əməkdaşları və yol polisi gəldi. Onlar da günahın avtobus sürücüsündə olduğunu təsdiq etdilər."
Bakir Abdullayev deyir ki, sürücünün bu cür hərəkəti ona pis təsir edib. "Qəzadır, hər kəsin başına gələ bilər. Amma bu cür davranış yolverilməzdir. Necə yəni, mənim dalımda filankəs durur. Məgər ölkə dərəbəylikdir?"
Qeyd edək ki, Bakir Abdullayev Qarabağ qazisidir.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














