Qarabağ və Şərqi Zəngəzurda yeni hidroloji metod tətbiq olunub

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su balansının və çayların su ehtiyatlarının qiymətləndirilməsində yeni hidroloji metoddan - Kompleks Su Balansı Metodundan (KSBM) istifadə edilib”.
“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya və Su Ehtiyatları Şöbəsinin müdiri Rza Mahmudov Bakı Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.
Onun sözlərinə görə, KSBM operativ-interaktiv və yüksək dəqiqliyə malik metoddur. Onun vasitəsilə tədqiqat prosesi, axının qiymətləndirilməsi əraziyə fiziki təmassız, zaman-məkan məhdudiyyətlərindən asılı olmadan həyata keçirilə bilər.
“2022-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda KSBM metodu ilə hesablanmış su ehtiyatlarının həcmi 1,81 milyard kubmetr təşkil edib. Bunun da 0,36 milyard kubmetri Qarabağ, 1,45 milyard kubmetri isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. O cümlədən, Qarabağın su balansında atmosfer yağıntılarının 11,6%-i yerüstü axına, 12,7%-i çayların yeraltı qidalanmasına, 75,7%-i isə buxarlanmaya gedib”, - deyə R.Mahmudov əlavə edib.
Bundan başqa, o deyib ki, 2022-ci ildə Qarabağda su ehtiyatlarının həcmi 1998-ci illə müqayisədə 15,1% azalıb:
“2050-ci ilə qədər bölgədə iqlim-landşaft dəyişmələri əsasında çoxsaylı ssenarilər üzrə proqnozlaşdırılan su ehtiyatlarının həcminin 2022-ci illə müqayisədə 17,4 - 43,2% azalacağı gözlənilir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












