Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür

Qarabağda dağ-mədən sənayesi və metallurgiyanın inkişafı potensialı böyükdür.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O bildirib ki, bunun üçün sənaye ehtiyatları yenidən qiymətləndirilməlidir:
“İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı və s. var. Təkcə sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızılın dünya bazar qiyməti 8 milyard ABŞ dolları ətrafındadır.
Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ, Şahbulaq, Boyəhmədli və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndidə, mərmər isə Harovda yerləşir”.
V.Qasımlı hesab edir ki, Qarabağ Azərbaycanın yaradıcı sənayesi üçün mərkəzə çevrilə bilər:
“Musiqi, ədəbiyyat, sənətkarlıq, teatr, xalçaçılıq və digər kreativ industriyanı Qarabağda inkişaf etdirmək mümkündür”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












