Qaradağda şəhidin adına küçənin açılışı oldu - FOTO

Açılış zamanı küçənin girişində ucaldılmış xatirə lövhəsinin qarşısında çələng və gül dəstələri qoyublar...
Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində şəhid Qədirov Şahin Bayram oğlu adına küçənin açılışı olub.
Avtosfer.az xəbər verir ki, Müdafiə Nazirliyinin Xüsusi Təyinantlılarının giziri olan Qədirov Şahin Bayram oğlu 1990-cı il yanvar ayının 3-də Bakı şəhəri Qaradağ rayonu,Çeyildağ qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlan övladı var.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qədirov Şahin Bayram oğlu oktyabrın 6-da Fizuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunub.
Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədirov Şahin Bayram oğlu ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə ", "Döyüşdə fərqlənməyə görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
26.08.2022-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının, Qaradağ rayon İcra Hakimiyyəti aparatının vəzifəli şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin adına əbədiləşdirilmiş küçənin açılışı edilib. Açılış zamanı küçənin girişində ucaldılmış xatirə lövhəsinin qarşısında çələng və gül dəstələri qoyublar. Daha sonra şəhidin ailəsi ilə görüş keçirilib.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğı üçün, övladlarının əbədiləşdirilməsi üçün göstərilən təşəbbüslə bağlı ölkə rəhbəri Cənab Ali Baş Komandan İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.

![]()
![]()
![]()
PİA.az
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










