Qaradağda sürücü anasının ölümünə səbəb oldu

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Ceyhun İsmayılzadə və Emin Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttiham aktına əsasən, 2022-ci ilin iyul ayında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhəri istiqamətində hərəkət edən 28 yaşlı İsmayılzadə Ceyhun Elçin oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 37 yaşlı Quliyev Emin Camal oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə toqquşub.
Daha sonra hər iki maşın çəpərlərə çırpılıb. Nəticədə sürücü Ceyhun İsmayılzadə xəsarət alıb, sərnişini olan anası 63 yaşlı Nəsirli İqlimə Maşallah qızı isə yerləşdiyi Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Emin Quliyev 5 il 1 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdə qeyd edilib ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Ceyhun İsmayılzadəyə isə şərti cəza verilib.
pravda
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












