Qatarla toqquşmada yaralanan səhv əməliyyat edilib? – AÇIQLAMA

Üç saylı Sabunçu Xəstəxanası oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun ayağının səhv əməliyyat edilməsi iddiasına cavab verib. Avtosfer.az xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev oxu.az-a açıqlamasında bildirib ki, qəza zamanı xəstəxanaya gətirilən hər bir xəstə müayinə edilib və müalicələr aparılıb: “1997-ci il təvəllüdlü Novruz Salmanov oktyabrın 1-də, saat 15:20-də xəstəxanaya gətirilib. Qapalı-kəllə beyin, döş qəfəsinin və qarının travması, bədənin müxtəlif nahiyələrində sümüklərin sınığı, dalağın partlaması, daxili qanaxma, qaraciyərin cırılması diaqnozu qoyulub. Xəstə cərrahi əməliyyata alınıb.
Qarın boşluğu tikilib, dalağı çıxarılıb. Beş gün reanimasiya şöbəsində saxlanılıb. Daha sonra ailəsi xəstəni öz istəyi ilə xəstəxanadan çıxarıb. Xəstənin ayağı bizim xəstəxanada əməliyyat edilməyib. Əməliyyatın hansı xəstəxanada aparılmasına dair məlumatımız yoxdur”. Namiq Dəmirçiyev qeyd edib ki, xəstə xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub: “Xəstəxanada Novruz Salmanovun sağlamlığı üçün bütün zəruri tədbirlər görülüb”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












