Qax və Zaqatala rayonlarının giriş-çıxışlarında karantin postları qurulub - VİDEO - FOTO

Nazirlər Kabinetinin 2020-ci il 23 oktyabr tarixli qərarı ilə oktyabrın 24-ü gecə saat 00:00-dan etibarən respublikanın daha bir neçə şəhər və rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, COVID-19 virusunun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Zaqatala və Qax rayonlarının da giriş və çıxışlarında xüsusi karantin postları qurulub. Postlarda Polis Şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparırlar. Həmçinin, rayonların daxilində də polis naryadları tərəfindən ictimai iaşə müəssisələrində, insanların daha çox toplaşdığı ərazilərdə nəzarət tədbirləri keçirilir.
Sosial məsafənin qorunması, tibbi maskadan istifadənin zəruriliyi, tətbiq olunan qaydalara ciddi riayət olunmasının vətəndaşların sağlamlığının qorunması məqsədi daşıdığı sakinlərin diqqətinə çatdırılır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












